-
- 4-04-2024, 15:20
- 679
Müğənni Rəqsanənin saxlanılması ilə bağlı AÇIQLAMA - ÖZƏL
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovanın Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılması barədə xəbərlər yayılıb. Bununla bağlı RTV-yə açıqlama verən müğənninin yaxın dostu, jurnalist Yalçın Uğur bildirib ki, yayılan məlumatlar yalandır.
“Rəqsanə xanımla görüntülü danışdım. Yalan xəbərdir, saxlanılmayıb”- deyə, o bildirib.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın saxlanması barədə xəbərlər Rusiyanın teleqram kanallarında yayılıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Könül