Rəqsanənin qızı ikinci dəfə ərə gedir? – Açıqlama
    • 12-10-2023, 11:26
    • 1 468

Rəqsanənin qızı ikinci dəfə ərə gedir? – Açıqlama

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ikinci dəfə ailə həyatı qurur. Bu barədə Rəqsanə İsmayılova ARB-də yayımlanan "Günə son" proqramında danışıb və onun toy açıqlaması maraqla qarşılanıb.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Aysunun meneceri bildirib ki, ifaçı bu gün özəl həyatı ilə bağlı geniş açıqlama verəcək: 

“Aysun toy xəbəri barədə bu gün Zaur Kamalın verilişində danışacaq. Bu haqda birinci və sonuncu dəfə danışacaq”. 

Qeyd edək ki, Rəqsanə qeyd edib ki, Aysunun toyu qış aylarında baş tutacaq:

"Aysun etdiyi səhvi təkrarlamaz. O özü də etiraf edir ki, birincidə səhv etdi. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, toy olacaq. Aysuna deyirdim sənə dörd gün toy edəcəyəm, sən ikinci dəfə ailə qur, elə bir toy edəcəyəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu mənim arzumdur".

Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb. 

Könül İBRAHİM