Rəqsanə ana olması ilə bağlı xəbərə aydınlıq gətirdi
    • 29-09-2018, 15:36
    • 1 678

Rəqsanə ana olması ilə bağlı xəbərə aydınlıq gətirdi

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılovanın riskli hamiləlik keçirməsi ilə bağlı xəbərlər yayılmışdı.

 Ötən gün yerli saytlardan biri Rəqsanənin hamiləliyinin 7-cı ayında ana olması haqda xəbər yayılıb.

Müğənni əkizlərinin dünyaya gəlməsi xəbərini təkzib edib: “Allahım hər kəsə kömək olsun, heç kim darda qalmasın.

Bəzi dırnaqarası jurnalistlər, reytinq xatirinə mənim haqqımda  yalan  xəbər yazmasın. Mənimlə maraqlanan, məni sevən sənət dostlarıma təşəkkür edirəm.

Bu da həyatımda yaşadığım bir sınaqdı. Allahım məni bu sınaqdan sağ-salamat çıxartsın. Allah dualarımızı qəbul etsin” deyib.