-
- 4-04-2024, 19:15
- 469
E-ixrac çempionu: 50 min satıcı 16 milyon məhsul satdı
Trendyol Türkiyənin e-ixrac sahəsində uğur hekayəsini bir daha ortaya qoydu. Türk istehsalçılarının 2024-cü ilin birinci rübündə beynəlxalq bazarlarda diqqətəlayiq uğurlar əldə etdiyi açıqlanıb.
News24.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə Türk tekstil məhsulları və mətbəx əşyaları e-ixrac çempionu olaraq seçildi. İxrac edilən məhsullar arasında köynəklərdən tutmuş mətbəx dəstinə, tava və qazana qədər geniş çeşiddə məhsullar yer alırdı.
Məhsullarını Türkiyədən bütün dünyaya çatdıran satıcılar, xüsusilə Səudiyyə Ərəbistanı, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə ticarət həcmini artırıb. Trendyol-un mikro ixrac həlləri bu uğurda böyük rol oynayıb. Keçən ildən etibarən şirkət 90 mindən çox satıcını beynəlxalq miqyasda ixrac edə bilən ticarət səfirlərinə çevirib.
Birinci rübün məlumatlarına görə, Trendyol vasitəsilə satış edən təxminən 50 min satıcı 16 milyon məhsul satıb. Bu satışlar xüsusilə Bursa, Adana, Qaziantep, Dənizli və Mersin kimi şəhərlərdən edilib. Satılan məhsulların əksəriyyətini gündəlik həyatın vazkeçilməz hissələri olan tekstil və mətbəx əşyaları təşkil edib. Bu məhsullar beynəlxalq alıcıların da böyük marağına səbəb olub.
Günel Məlikzadə