McDonald's-dan gözlənilməz İsrail qərarı
    • 5-04-2024, 09:15
    • 216

McDonald's-dan gözlənilməz İsrail qərarı

McDonald's-dan verilən açıqlamada İsraildə McDonald's restoranlarının sahibi və fəaliyyət göstərən Alonyalın McDonald's Corporation-a satılması üçün müqavilə imzalandığı bildirilib.

News24.az xəbər verir ki, açıqlamada Alonyalın 30 ildən çox əvvəl İsraildə McDonald's markası ilə səyahətə başladığı və 225 restoranı, 5 mindən çox işçisi olduğu qeyd edilib.

McDonald's-ın alış tamamlandıqdan sonra Alonyal's restoranlarının və əməliyyatlarının sahibi olacağı, işçilərin ekvivalent şərtlərlə işləməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, alqı-satqı müqaviləsinin yaxın aylarda tamamlanacağı gözlənilir.

Günel Məlikzadə