Paşinyandan Bakı ilə münasibətlərlə bağlı TƏCİLİ AÇIQLAMA
    • 5-04-2024, 14:43
    • 326

Paşinyandan Bakı ilə münasibətlərlə bağlı TƏCİLİ AÇIQLAMA

"Biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq".

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

O qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına, ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.