Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən TANIDI
    • 5-10-2023, 20:00
    • 1 400

Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən TANIDI

Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb və Azərbaycanın ərazisinin Qarabağla birlikdə  86,6 min kvadrat kilometr olduğunu bəyan edib. 

News24.az TASS-a istinadla xəbər verir ki, bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.

“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”,- sənəddə deyilir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu iclasda iştirakdan imtina edib.

AYLİN