Dünyanın ən yaşlı kişisi titulunu o qazandı - FOTO
    • 5-04-2024, 20:15
    • 304

Dünyanın ən yaşlı kişisi titulunu o qazandı - FOTO

İngiltərədə yaşayan 111 yaşlı Con Tinnisvud 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra dünyanın ən yaşlı kişisi olub.

News24.az “The Sun”-a istinadən xəbər verir ki, 1912-ci il təvəllüdlü Tinnisvud uzun ömür sürməsinin sirrini “hər şeyi ölçülü şəkildə etmək”lə ümumiləşdirib.

Tinniswood hər cümə günü balıq və cips yediyini, hər şeyi ölçülü şəkildə etdiyini, aktiv olduğunu bildirdi.

O, İkinci Dünya Müharibəsi veteranı və təqaüdçü mühasibdir.

Qeyd edək ki, dünyanın ən yaşlı insanının 117 yaşlı ispaniyalı Maria Morena olduğu açıqlanıb.

Günel Məlikzadə