"Ən yaşlı adam" vəfat etdi - FOTO
    • 5-04-2024, 09:23
    • 104

"Ən yaşlı adam" vəfat etdi - FOTO

Yaponiyanın “ən yaşlı adamı” Sonobe Qisaburo 112 yaşında vəfat etdiyi açıqlanıb.

News24.az xəbər verir ki, 6 noyabr 1911-ci ildə anadan olan Sonobe paytaxtın şərqindəki Çiba əyalətində vəfat edib.

Sonobenin yaşadığı Tateyama Bələdiyyəsi qocanın ölümünün dəqiq tarixi və səbəbini ailə səbəbləri ilə bağlı açıqlamayıb.

Sələfi Nakamura Şiqeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada vəfat etdikdən sonra Sonobe "Yaponiyanın ən yaşlı adamı" titulunu qazandı.

Qeyd edək ki, "dünyanın ən yaşlı adamı" olduğu deyilən Xuan Visente Peres Mora bu həftə Venesuelada 114 yaşında vəfat edib.

Günel Məlikzadə