Bakıda bayram günü yıxılan kişi xəstəxanada öldü
    • 5-04-2024, 19:11
    • 201

Bakıda bayram günü yıxılan kişi xəstəxanada öldü

Bakıda bir neçə gün əvvəl yıxılan kişi dünyasını dəyişib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 62 yaşlı Petko Mixail Konstantinoviç martın 19-da təxminən 2 metr hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı martın 21-də Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, o, bu gecə xəstəxanada ölüb.

Araşdırma aparılır.