Faciəli zəlzələdə ölənlərin sayı artır
    • 5-04-2024, 21:45
    • 220

Faciəli zəlzələdə ölənlərin sayı artır

Aprelin 3-də yerli vaxtla saat 07.58-də Tayvanın şərq sahilindəki Hualien sahillərində baş vermiş 7,2 bal gücündə zəlzələnin sayı artır.

News24.az xəbər verir ki, zəlzələdən sonra başladılan axtarış-xilasetmə işləri zamanı dağlıq ərazidə daha 2 nəfərin cəsədi tapıldıqdan sonra həyatını itirənlərin sayı 12-yə yüksəlib.

İtkin düşənlər arasında Avstraliya və Kanadadan olan 3 nəfərin olduğunu bildirib. Bölgədə baş verə biləcək sürüşmələrlə bağlı narahatlıqlara baxmayaraq axtarış işləri davam edir. Zəlzələ nəticəsində mindən çox insan xəsarət alıb.

Günel Məlikzadə