-
- 6-04-2024, 20:30
- 629
Bağırsaqlarınızın sağlam olmadığını göstərən 5 əlamət
Sağlam həyat sürmək üçün bağırsaqlar böyük əhəmiyyət kəsb edir. Bəs bağırsaqlarınızın sağlam olub olmadığını necə bilirsiniz?
News24.az xəbər verir ki, həyatınız boyu həyat standartlarınızı yaxşılaşdırmaq və daha çox pul qazanmaq üçün çalışsanız da, ən vacib şey sağlamlıqdır. Çünki sağlamlığınız yaxşı deyilsə, bunların heç birinin əhəmiyyəti yoxdur. Bu səbəblə yaxşı bir immunitet sistemi üçün bağırsaq sağlamlığınıza diqqət etməlisiniz. Budur bağırsaqlarınızın sağlam olmadığını göstərən əlamətlər.
1- Narahat mədə
Əgər tez-tez qəbizlik, ishal, qaz və ya şişkinlik kimi bağırsaq problemləri ilə üzləşirsinizsə, bağırsaqlarınız problemli ola bilər. Mütləq həkimə müraciət etməlisiniz.
2- Şəkər istəyi
Həddindən artıq şəkər yemək bağırsaqlarda bir çox zərərli bakteriyaların artmasına səbəb ola bilər. Daim şəkərə can atırsınızsa, bağırsaqlarınızda zərərli bakteriyaların əmələ gəlməsi ehtimalı var. Uzun müddətdə bağırsaqlarınıza zərər vermək istəmirsinizsə, rafine şəkərdən uzaq durun.
3- Yuxu pozğunluğunun olması
Hər hansı bir qeyri-sağlam bağırsaq yuxu pozğunluğuna səbəb ola bilər ki, bu da xroniki yorğunluğa və bir çox başqa problemlərə səbəb olacaq.
4- Xroniki yorğunluq
Xroniki yorğunluq yaşayırsınızsa, həyəcan zəngləri çalır. Çünki bağırsaqlarınızdakı sağlam bakteriyaların balanssızlığı sizi daim yorğun hiss edir.
5- Çəki dəyişiklikləri
Balanssız bağırsaq çəkinizin azalmasına və ya artmasına səbəb ola bilər. Tədqiqatlar həmçinin göstərir ki, çəki qazanmaq ya itirmək bağırsaqda zərərli bakteriyaların çoxalmasına ya da qida çatışmazlığına səbəb ola bilər.
Günel Məlikzadə