Polisləri daşıyan mikroavtobus aşdı
    • 7-04-2024, 12:05
    • 246

Polisləri daşıyan mikroavtobus aşdı


Türkiyədə Bakırköy istiqamətində hərəkət edən mülki geyimli polisləri daşıyan xidmət mikroavtobusu yağışlı hava səbəbindən baryerə çırpılaraq aşıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, qəza, Basın Ekspres yolunun Çobançeşme qovşağında baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Qəza səbəbindən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.