29 nəfərin öldüyü yanğında 8 şübhəli saxlanıldı
    • 3-04-2024, 11:57
    • 241

29 nəfərin öldüyü yanğında 8 şübhəli saxlanıldı

Dünən Türkiyədə 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən əyləncə mərkəzinin təmiri zamanı baş verən yanğında 29 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, polis qrupları baş verən yanğınla bağlı başladılan araşdırma çərçivəsində işlərini davam etdirir.

Qruplar tərəfindən iş yerinin məsul müdiri İ.Ş. və iş yerinin ortaqları M.M.C. və Ş.Ş., mühasib S.A., biznes meneceri A.A.P, metal işləri üzrə nəzarətçi K.E. və daha 2 nəfər saxlanılıb.

Araşdırmada İ.Ş. və Ş.Ş. "qəsdən yaralama", S.A. "cinsi təcavüz", A.A.P isə "istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr almaq, saxlamaq və ya istifadə etmək" ,“Odlu Silahlar haqqında Qanunu pozma” və “qəsdən yaralama” kimi bir sıra qanun pozuntuları etdikləri müəyyən edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Əli Yerlikaya zəng edərək İstanbul Qayrettəpədə 29 nəfərin həyatını itirdiyi yanğınla bağlı məlumat alıb.

Günel Məlikzadə