“Fight Nights Global” çempion kəməri Azərbaycana gəlir

“Çingizxan” ləqəbli azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov 2016-cı ildə “Fight Nights Global” (FNG) təşkilatı ilə uzunmüddətli müqavilə bağlayıb.

N.Abbasovun kariyerası bu şirkətlə sürətlə irəliləyib. “Fight Nights Global. FNG” himayəsi altında 8 döyüş keçirib və 2 dəfə yüngül çəki uğrunda yarışda mübarizə aparıb. Uğursuz cəhdlər və buraxdığı səhvlər N.Abbasova güc verib, onu daha da ruhlandırıb.

Bundan sonra o, məğlubiyyətsiz döyüşlər keçirib və titul uğurunda mübarizəyə hazırlaşıb. 2018-ci ilin sonunda FNG şirkətinin rəhbəri Kamil Hacıyev Nəriman Abbasovun çempion kəməri uğrunda döyüşünün 2019-cu ilin aprel ayında “FNG93” yarışı çərçivəsində baş tutacağını açıqlayıb.

N.Abbasovun rəqibi Qazaxıstan auditoriyasının sevimlisi Kuat Nayman Hamitov olub. Kuat ötən il sağlamlığını əsas gətirərərək, N.Abbasovla döyüşməkdən boyun qaçırıb. Bu il də döyüşçülərin görüşü baş tutmaya bilərdi. Kuat Nayman Hatimov çəkisinin uyğun olmadığını və 3 kilo artıq çəkisinin olduğunu bildirib. Lakin MMA döyüşçümüz yalnız ən yaxşılarla rinqə çıxmağı sevdiyi üçün sonuna qədər görüş üçün təkid edib. N.Abbasov daha artıq çəkidə olan rəqiblə də döyüşməyə razı olub.

5 dəqiqəlik döyüş 5 raunddan ibarət olub və həmyerlimizin xeyrinə bitib. Bununla da,  “Qəbələ” və “TT” idman klubları təmsil edən Nəriman Abbasov “Fight Nights Global”ın çempionu olaran ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.

Instagram

Fotolar