Yük maşını 15 yaşlı uşağı vurdu
    • 8-04-2024, 20:30
    • 137

Yük maşını 15 yaşlı uşağı vurdu

Mardinin Nusaybin rayonunda, Beynəlxalq İpək Yolu üzərindəki Sənaye Saytında səhər saatlarında sürücüsünün adı hələlik məlum olmayan yük maşını yolu keçmək istəyən Rozerin Nuda Özalpı (15) vurub.

News24.az xəbər verir ki, xəbər verildikdən sonra əraziyə tibb və polis işçiləri sövq edilib. Yoxlama zamanı Rozerinin öldüyü müəyyən edilib.

Prokurorluğun araşdırmasından sonra Rozerinin cəsədi yarılma üçün Mardin Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yük maşınının sürücüsü saxlanılarkən, qəza ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə