DƏHŞƏTLİ QƏZA: Avtobusla yük maşını toqquşdu
    • 6-04-2024, 13:15
    • 163

DƏHŞƏTLİ QƏZA: Avtobusla yük maşını toqquşdu

Mardinin Kızıltəpə rayonunda özəl mikroavtobus ilə yük maşınının toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, qəza səhər saatlarında Cənub Dairəvi yolunda baş verib.

Sürücülərinin adları və dövlət nömrələri məlum olmayan yük maşını ilə özəl ictimai mikroavtobus Şenyurt küçəsində Akkalın kəndi kəsişməsində toqquşub.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edildi.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar müalicə olunmaq üçün Kızıltepe Dövlət Xəstəxanasına və özəl xəstəxanalara aparılıb.

Günel Məlikzadə