3 yük maşını toqquşdu
    • 2-04-2024, 16:05
    • 212

3 yük maşını toqquşdu

Anadolu magistralının İstanbul istiqaməti Gözəltepe viyadükündə Alaattin E.-nin idarə etdiyi yük maşını Yakup Yamanın idarə etdiyi yük maşını ilə Pir Ö-nin idarə etdiyi yük maşını ilə toqquşub.

News24.az xəbər verir ki, qəzanın təsirindən Alaattin E.-nin idarə etdiyi tikinti materialları ilə dolu yük maşını aşıb.

Xəbər verildikdən sonra bölgəyə polis və tibb işçiləri sövq edilib.

Qəza səbəbindən bir müddət axsayan nəqliyyat tək zolaqda fəaliyyətə başlayıb. Marşrutda avtomobil növbələri yaranıb.

Günel Məlikzadə