24 il qızını zorlayan kişinin vəkilindən qalmaqallı paylaşım
    • 8-04-2024, 19:44
    • 168

24 il qızını zorlayan kişinin vəkilindən qalmaqallı paylaşım

Avstriyanın Amstetten şəhərində 2008-ci ildə baş verən dəhşətli hadisə yenidən gündəmə gəlib. 

News24,az "Unikal"a istinadən xəbər verir ki, qızını 24 il evinin zirzəmisində həbs edən, illərlə zorlayan və qızının dünyaya gətirdiyi uşaqlara işgəncə verən Yozef Fritzlin vəkilinin paylaşımları böyük müzakirələrə səbəb olub.

Belə ki, "Canavar" ləqəbli Fritzlin vəkili Astrid Vaqner sosial şəbəkə hesabında Alp dağlarında gəzinti zamanı çəkilmiş fotosunu paylaşıb. Fotoların ikisində Vaqner çılpaq poza verib. Onun fotoları sosial şəbəkə qınanılıb.  

Xatırladaq ki,  Fritzlin 2008-ci ildə etdiyi hərəkətlər beynəlxalq ictimaiyyəti şoka salmışdı. İllərdir cinsi istismara məruz qalan gənc qız 7 uşaq dünyaya gətirib. Doğulan 7 uşaqdan 3-ü zirzəmidə anaları ilə birlikdə həyatlarını əsirlikdə davam etdiriblər. Bu arada uşaqlardan biri dünyasını dəyişib. Fritzlin ölən uşağın cəsədini yandırdığı müəyyən edilib. Fritzlin törətdiyi cinayətlərin üstü 2008-ci ilin aprelində, zorakılıq nəticəsində doğulan uşağı xəstəxanaya aparılarkən üzə çıxıb.

Hadisədən sonra polis kişinin evinə basqın edib. Gənc qızı və övladlarını xilas edib. Həbs edilən Fritzl barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə o, ömürlük həbs cəzasına məhkum edilib. 

Qatilin vəkili olan Vaqner dəfələrlə müvəkkilinin azadlığa buraxılmasını istəyib.