Hamilə qadın unitazda uşaq dünyaya gətirib
    • 19-01-2023, 18:02
    • 318

Hamilə qadın unitazda uşaq dünyaya gətirib

Ariel adlı qadın unitazda uşaq dünyaya gətirib.

News24.az-ın xəbərinə görə,  bu haqda o, öz  tiktok səhifəsində məlumat yazıb. 

Məlumata görə, gecə saatlarında onun doğum sancıları başlayıb.

Doğumu evdə həyata keçirməyi planlaşdıran qadın buna hazırlaşmaq üçün vanna otağına girib. 
Sancılarının bir qədər səngidiyini görüb ayaqyoluna keçib. Unitaza oturduqdan bir qədər sonra o, uşağın doğulmaq üzrə olduğunu görüb. Təxminən 50 dəqiqədən sonra Ariel yeni doğulan qızını əllərinə alıb.

Bu qeyri-adi doğuşla bağlı Ariel və həyat yoldaşı sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, ailə artıq bu mövzuda kifayət qədər təcrübəyə malikdir. Yeni doğulan körpə ailənin 7-ci uşağıdır. /The Sun/

Nilay