Sərnişin daşla sürücünün başını yardı – ANBAAN VİDEO
    • 13-10-2023, 10:11
    • 316

Sərnişin daşla sürücünün başını yardı – ANBAAN VİDEO

İzmirin Qarabağlar rayonunda taksiyə minən soyğunçu yanında olan səki daşı ilə taksi sürücüsünə hücum edib. 

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Hadisə çərşənbə axşamı, oktyarın 10-da saat 22:00 radələrində baş verib.

Onlar Gediz rayonu yaxınlığındakı küçədə olarkən təcavüzkar yanına gizlətdiyi səki daşı ilə sürücünün başına vurmağa başlayıb. Maşında olan pulu oğurlamaq istəyən təcavüzkar daha sonra panikaya düşərək avtomobildən qaçıb. Daş zərbəsi nəticəsində başından yaralanan taksi sürücüsü  xəstəxanaya müraciət edib.

Daha sonra taksi sürücüsü kamera görüntüləri ilə polis bölməsinə gedərək şikayət ərizəsi yazıb və polis qrupları sürətli araşdırmalara başlayıb.

Təcavüzkar qısa müddətdə  polis qrupları tərəfindən tutularaq polis bölməsinə aparılıb və həbs edilib.

Ülkər Abdurahmanlı