Taksidə sərnişinlərə atəş açıldı, sürücü dünyasını dəyişdi - TÜKÜRPƏDİCİ HADİSƏ
    • 30-07-2023, 14:12
    • 355

Taksidə sərnişinlərə atəş açıldı, sürücü dünyasını dəyişdi - TÜKÜRPƏDİCİ HADİSƏ

İstanbulda taksiyə minən 3 nəfərə naməlum şəxslər atəş açıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki,  hadisə nəticəsində avtomobildə olan sərnişinlər xəsarət alaraq hadisə yerindən qaçıb. Taksi sürücüsü Samet Kubiloğlu isə ölüb. 

Taksidəki sərnişinlər yaralı halda hadisə yerindən qaçarkən, ətrafdakı insanlar hadisə ilə bağlı polis və təcili tibbi yardıma xəbər veriblər. 

Faktla bağlı araşdırma aparılır.  

Günəş Mərd