-
- 8-04-2024, 22:41
- 533
Astma xəstəliyinin yeni səbəbi müəyyən edildi
Astma geniş yayılmış xəstəlik olsa da, onun necə başlaması hələ də tam aydınlaşmayıb. Alimlər bu xəstəliyin yeni səbəbini və əsas simptomların qarşısını ala biləcək yeni müalicə metodunu tapıblar.
News24.az Modern.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 262 milyon insan astma xəstəliyindən əziyyət çəkir. O, adətən iltihablı xəstəlik kimi müalicə edilir. Polen və toz kimi təsirlər tənəffüs yollarını daraldaraq nəfəs almağı çətinləşdirən iltihaba səbəb olur. İnhalyator dərmanlar tənəffüs yollarını rahatlaşdırmaq və iltihabı sakitləşdirməklə daralmanı aradan qaldıra bilər. Ancaq “Science” jurnalında dərc olunan yeni araşdırma isə iltihabın səbəbini müəyyənləşdirib. Tənəffüs yolu əzələləri büzüldükdə onu əhatə edən epitel hüceyrələri sıxılır və sonra ölür. Baryer rolunu oynayan bu hüceyrələrin azalması ilə gələcək astma hücumlarının şansı artır.
Komanda siçanlar üzərində apardığı araşdırmada hüceyrənin həddindən artıq ekstruziyasının qarşısını almaq üçün potensial bir yol tapıb. Əvvəllər də bilindiyi kimi, qadolinium kimyəvi birləşməsi bu prosesə mane olur. Yeni araşdırmada tədqiqatçılar onun siçanlarda hüceyrə zədələnməsinin və astma hücumları ilə əlaqəli iltihabın qarşısını almağa kömək göstərdiyini tədqiq ediblər.
Bildirilib ki, yeni tədqiqat astmanın əlacının yalnız simptomları müalicə etməkdən ibarət olmadığını göstərir.