"Faytonçu" Nazimin yeni biznesi -
    • 9-04-2024, 11:43
    • 215

"Faytonçu" Nazimin yeni biznesi - "İnsan mədəsi..." - VİDEO

"Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyarı yeni biznesə başlayıb.

News24.az bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" verilişində danışıb.

Nazim bildirib ki, şəhərin mərkəzində çörək bişirilən sex açıb. Orada hazırlanan un məmulatları fransız və italyan üsulu ilə hazırlanır:

"Bu çörəklər mayasız hazırlanır. Pendirli, pomidorlu, sarımsaqlı, zeytunlu, qarabaşaq, günəbaxan tumlu, balqabaq tumlu çörəklər mövcuddur. Mayasız olduğundan bu çörəkləri yeyəndə insan mədəsi köpmür və ağırlıq vermir. 

Çörəkdən başqa mağazada müxtəlif növ kruassanlar, baqetlər, sendviçlər və burqerlər də var".