Qalatasarayda daha bir rekord transfer planı
    • 2-05-2024, 10:14
    • 354

Qalatasarayda daha bir rekord transfer planı

Ara transfer dövründə Sacha Boeyi 30 milyon avroya "Bavariya"ya göndərən "Qalatasaray" daha 30 milyon avroluq transfer planı həyata keçirib.

News24.az xəbər verir ki, "Qalatasaray" transfer söz-söhbətlərində adı hallanan 3 müdafiəçi ilə bağlı qərarını verib.

"Hürriyet"in məlumatına görə, "sarı-qırmızılar" Viktor Nelssonu komandada saxlamaq qərarına gəlib.

Daha əvvəl bir neçə dəfə komandadan ayrılacağı gündəmdə olan Nelsonun növbəti mövsümdə də komandada qalacağı vurğulanıb.

Transfer təklifləri aldığı iddia edilən Abdülkerim Bardakcı da 2024-25 mövsümündə "Qalatasaray"da olacaq.

Rəhbərliyin növbəti mövsüm üçün əcnəbi qaydanı nəzərə alaraq milli müdafiəçini komandada saxlamağa qərar verdiyi bildirilib.

Digər tərəfdən Davinson Sançesin transferinə şərti razılıq verilib.

Sarı-qırmızılıların 25-30 milyon avro civarında təklif alınacağı təqdirdə Davinsonu göndərəcəyi və sözügedən məbləği transferlərə xərcləyəcəyi qeyd edilib.

Qeyd edək ki, "Qalatasaray" Davinson Sançesin transferi üçün "Tottenhem"ə 9,5 milyon avro ödəyib.

Günel Məlikzadə