426 məhbus əfv edildi
    • 9-04-2024, 12:39
    • 185

426 məhbus əfv edildi

Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Mirziyoyev “törətdiyi cinayətə görə peşman olan və mütləq sağalma yolunda olan məhbusların Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında” fərmanı imzalayıb. 

News24.az xəbər verir ki, sərəncama əsasən, 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Qeyd edək ki, Prezident Mirziyoyevin Fitr bayramı ilə bağlı imzaladığı fərmanla ötən il ölkədə 541 məhbus əfv edilib.

Günel Məlikzadə