-
- 9-04-2024, 16:25
- 3 772
SON DƏQİQƏ: 6,6 bal gücündə zəlzələ baş verib
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin şərqindəki Halmahera adasındakı Tobelo bölgəsindən təxminən 149 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.
6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb.
Tələfatın olmadığı zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Günel Məlikzadə