DƏHŞƏTLİ QƏZA: Gənc qız həyatını itirdi
    • 9-04-2024, 20:30
    • 324

DƏHŞƏTLİ QƏZA: Gənc qız həyatını itirdi

Martın 18-də saat 02.10 radələrində Beşiktaş Dolmabahçe küçəsində baş verən qəzada Kuruçeşmədə ofisiant işlədiyi restorandan çıxan 25 yaşlı Semanur Hacıoğlu motosikletinə minərək  yola düşüb.

News24.az xəbər verir ki, gənc qız Dolmabahçe istiqamətində hərəkətdə olarkən ticari avtomobili yan tərəfdən vurub. Qəzanı görən ətrafdakı vətəndaşlar köməyə qaçaraq vəziyyəti polis və tibb işçilərinə xəbər verib.

Xəbər üzərinə hadisə yerinə gələn polis işçiləri yolda təhlükəsizlik tədbirləri görərkən, tibb işçiləri yerdə yatan yaralıya müdaxilə etdi.

Xəstəxanaya aparılan Hacıoğlunun vəziyyətinin ağır olduğu və intubasiya edildiyi öyrənilib. Təxminən 22 gün xəstəxanada müalicə alan gənc qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Onun ölüm xəbərini eşidən ailəsi və nişanlısı pərişan olub.

Günel Məlikzadə