Arvadını küçədə dəfələrlə bıçaqladı - ANBAAN GÖRÜNTÜLƏR
    • 9-04-2024, 08:51
    • 161

Arvadını küçədə dəfələrlə bıçaqladı - ANBAAN GÖRÜNTÜLƏR

Saat 20:00 radələrində Beylikdüzü Adnan Kahveci Çamlıtəpə küçəsində Murat B. mübahisə zəminində boşanma prosesində olduğu həyat yoldaşı Şeyda Nur B.-ni küçənin ortasında dəfələrlə bıçaqlayıb.

News24.az xəbər verir ki, ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə polis və tibb işçiləri sövq edilib. Polis qrupları Murat B.-ni nəzarətə götürərkən, tibb işçiləri ağır yaralanan Şeyda Nur B.-ni xəstəxanaya aparıb.

Polislər hələ də məsələ üzərində çalışarkən, hadisə anı bir vətəndaşın cib telefonu kamerasına saniyə saniyə çəkilib. Görüntülərdə Murat B.-nin həyat yoldaşını dəfələrlə bıçaqladığı və vətəndaşların onu razı salmağa çalışdığı görülüb.

Şübhəli M.B.-ni Adnan Qəhvəçi məhəlləsi İhlamur küçəsində yaxalayaraq saxlayıb.

Digər tərəfdən, ağır yaralanan qadının aparıldığı xəstəxanada ürəyinin 3 dəfə dayandığı və müalicəsinin davam etdiyi öyrənilib.

Günel Məlikzadə