QARDAŞ QƏTLİ: Qardaşını bıçaqlayaraq öldürdü
    • 5-04-2024, 19:15
    • 323

QARDAŞ QƏTLİ: Qardaşını bıçaqlayaraq öldürdü

İstanbulun Esenyurt səmtində borc məsələsinə görə qardaşlar arasında çıxan dava qanla bitib.

News24.az xəbər verir ki, kiçik qardaşı Sefa Adıgüzel böyük qardaşı Mahsun Adıgüzelə bıçaqla xəsarət yetirib.

Vətəndaşların xəbəri ilə hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib.

Xəstəxanaya aparılan Mahsun Adıgüzel bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Sefa Adıgüzel qardaşını bıçaqladıqdan sonra polis bölməsinə gedərək təslim olub.

Günel Məlikzadə