5 yaşlı Güləri maşın vurdu, elə hadisə yerində həyatını itirdi
    • 15-04-2020, 01:19
    • 892

5 yaşlı Güləri maşın vurdu, elə hadisə yerində həyatını itirdi

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Cəlayır kəndində qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən qəflətən qaçaraq yola çıxan 2015-ci il təvəllüdlü Əsədova Gülər İxtiyar qızını vurub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, uşağın anası yol kənarındakı əkin sahəsində olarkən hadisə baş verib. Nəzarətsiz qalan uşağın avtomobil yoluna çıxıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.