Ancelina Coli və Bred Pittin qızından təəccüblü hərəkət
    • 9-04-2024, 21:30
    • 502

Ancelina Coli və Bred Pittin qızından təəccüblü hərəkət

2016-cı ildə yollarını ayıran Anceliya Coli və Bred Pitt hələ də gündəmdədir. 

News24.az xəbər verir ki, Coli 2016-cı ildə uçuş zamanı Pittin ona və uşaqlarından birinə qarşı zorakılıq etdiyini və bu hadisənin cütlüyün boşanmasına səbəb olduğunu iddia edib. 48 yaşlı Coli fiziki zorakılığın 2016-cı ildə təyyarə hadisəsindən "çox əvvəl" başladığını iddia edib.

Digər tərəfdən, son həftələrdə 60 yaşlı Pitt uşaqlarına birgə qəyyumluq tələbindən vaz keçib. Əvvəllər övladlarının yarı qəyyumluğunu Coli ilə bölüşmək istəyən aktyor, Colinin tam himayəyə verilməsinə etiraz etməyib.

İllərlə davam edən məhkəmə çəkişmələri səbəbindən müvəqqəti qəyyumluq Coliyə verildi və Pitt müəyyən vaxtlarda uşaqlarını görə bilirdi.

Cütlüyün qızı Şilo atası ilə yaşamaq istəyir.

İddiaya görə, Şilo gələn ay 18 yaşı tamam olanda atası ilə Kaliforniya ştatının Los Feliz şəhərindəki 6 milyon dollarlıq malikanəsinə köçməyi planlaşdırır.

Qeyd edək ki, cütlüyün ilk bioloji övladı Şilo 2006-cı ildə Namibiyada anadan olub.

Günel Məlikzadə