Neymar futbol klubu alır
    • 10-04-2024, 17:25
    • 304

Neymar futbol klubu alır

"Əl-Hilal"ın hücumçusu Neymar "Santos" futbol klubunu almaq imkanını nəzərdən keçirir.

News24.az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Oyunçu hazırda atası ilə birlikdə klubun səhmlərini almağı düşünür.

Bundan əvvəl mətbuatda Neymarın 2025-ci ildə "Santos"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Neymar 2003-2013-cü illərdə Braziliya klubunda çıxış edib.