Magistral yolda zəncirvari qəza -XEYLİ SAYIDA ÖLƏN VAR
    • 10-04-2024, 19:57
    • 125

Magistral yolda zəncirvari qəza -XEYLİ SAYIDA ÖLƏN VAR

Krasnodar vilayətində magistral yolda dörd avtomobilin toqquşması ilə baş verən qəza 3 nəfərin həyatına son qoyub. 

News24.az  xəbər verir ki, bu barədə vilayət prokurorluğundan məlumat verilib.

İdarədən verilən məlumata görə, aprelin 10-da səhər saat 06:00 radələrində Slavyanski rayonunun Anastasyevskaya kəndi yaxınlığında “QAZelle” markalı yük avtomobilinin sürücüsü eyni istiqamətdə qarşıdan gələn zolağa çıxıb və orada “Peugeot” markalı və digər iki avtomobillə toqquşub. 

Qəza nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.

Mehriban Mirzəzadə