Paytaxtda ağır qəza: Ölən və yaralananlar var
    • 30-06-2023, 16:27
    • 250

Paytaxtda ağır qəza: Ölən və yaralananlar var

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında Xocəsən yolunda qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Qəza zamanı “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb. Həmçinin “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar”. 

Faktla bağlı araşdırma aparılır.