Şabranda 2 yük maşını toqquşub, ölənlər var
    • 17-03-2023, 22:05
    • 418

Şabranda 2 yük maşını toqquşub, ölənlər var

Gəndob-Yalama yolunda "KaMaz"la "TIR"ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub. 

Qəzada hər iki sürücü - Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20:46
Şabranda 2 yük maşını toqquşub, ölənlər var.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.


Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı "KamAZ" və TIR toqquşub. Hadisə nəticəsində "KamAZ"ın sürücüsü dünyasını dəyişib.

19:30

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Iki yük avtomobili toqquşub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.