Allergiya nədir və onu necə müalicə etmək olar?
    • 10-04-2024, 18:29
    • 448

Allergiya nədir və onu necə müalicə etmək olar?

Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da gətirir. Statistikaya görə, dünyada hər on insandan ikisi bu xəstəlikdən əziyyət çəkir. Yay və payız aylarında baş verən allergik reaksiyaların əlamətləri gözlərin qaşınması, burun tutulması, asqırma və yorğunluqdur.

Allergiya ciddi bir problem olmasa da insanların günlük həyat tərzinə mənfi təsir edir. Allergiyanın fizioloji mexanizmi orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da öz növbəsində həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır.

Allergiya selikli qişaların güclü qıcıqlanması dəri səpgiləri kimi özünü büruzə verir və ən çox qida məhsulları, bitki mənşəli tozcuqlar və tozlar səbəb olur.

Allergiyanı müalicə etmək üçün ilk növbədə, onun hansı mənbədən qaynaqlandığı aşkarlanmalıdır.

Allergik xəstəliyə yoluxan insan heyvan bəslənməyən, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında xalı, kilim və ya yumşaq tipli oyuncaqlar olmamalı, allergiya verməyən, yalnız su buxarı və hava keçirən yataq və yorğan üzlüklərindən istifadə olunmallıdır.

Bununla bərabər, əgər allergiya hər hansı bir qida ilə bağlıdırsa, həmin qidadan imtina edilməlidir. Açıq hava ilə bağlıdırsa, havaya çox çıxmamaq, qapı və pəncərələri müəyyən müddət bağlı saxlamaq lazımdır. (Sfera.az)