-
- 7-07-2023, 16:51
- 545
Allergiya: Onun müalicəsi yoxdur?
Son zamanlar cəmiyyətdə artan xəstəliklərdən biri də allergiyadır. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıq ağırlaşmalara və ciddi nəticələrə gətirib çıxarır. Bəs, allergiyanın müalicəsi varmı və onunla necə mübarizə aparılmalıdır?
News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Allerqoloq-pulmonoloq Ramin Nəriman saytımıza açıqlamasında bildirib ki, dünyanın tanınmış tibb mərkəzlərinin apardığı statistikaya görə, son onilliklərdə allergik xəstəliklər artıb: "Bunun əss səbəbi insanların düzgün olmayan qidalanma rejimi, geni dəyişdirilmiş qidalar və dünya ölkələrinin, şəhərlərinin sənayeləşdirilməsini qeyd edirlər. İnsanlar əsasən, şəhərdə yaşamağa üstünlük verirlər. Tullantılarından yaranan qazlar insanlarda tənəffüs sistemi xəstəliklərinin artmasına səbəb olur.
Ümumiyyətlə, Azərbaycanda belə bir fikir formalaşıb ki, əgər insanda qaşınma varsa, deməli, allergiyadır. Bu, yanlış fikirdir. Hətta bəzi mənbələrin verdiyi məlumata görə, səpki ilə müşahidə edilən xəstəliklərin 98 faizi allergiyadan kənar xəstəliklərdən yaranır. Dəridə yaranan xəstəliklər allergiya deyil, hansısa xəstəliyin əlaməti kimi üzə çıxır. 5-6 yaşında olan səpkilər allergiyaya ilə bağlı ola bilir. Amma yeniyetməlik dövründən sonra olan səpkilərin səbəbini başqa xəstəliklərdə axtarmaq lazımdır.".
Allerqoloq vurğulayıb ki, ən çox yay aylarında dərinin qaşınması, səpməsi kimi hallara rast gəlinir: "Bu, əksər hallarda yay aylarında qidaların saxlanılmasına qoyulan tələblərin pozulması ilə bağlıdır. Yüksək temperatur qida məhsullarının tərkibinin dəyişdirilməsinə səbəb olur. Digər tərəfdən yay aylarında meyvə-tərəvəzin yetişməsi dövrüdür. Həmin məhsulların qəbulunun artması ilə bağlı səpmə, qaşınma kimi hallar ola bilir.
Yay aylarında olan asqırmaların əksəriyyəti çəmən otları və taxıl bitkilərinin tozlarına qarşı yaranan allergiyalardır. Allergik xəstəliyə bağlı asqırma o vaxt yaranır ki, həmin şəxsin hansısa bitkinin, heyvanın tozuna qarşı allergiyası olur. Əlamətlərə isə asqırma, burun tıxanıqlığı, burundan su gəlmə, qaşınma, göz qızarması, gözdən su gəlməsi kimi nümunələri deyə bilərik. Məsələn, fındıq ağacı fevral ayında tozlanır və bu ağacın tozuna qarşı allergiyası olan insanlarda elə həmin ayda allergiya üzə çıxır. Taxıl bitkilərinin tozuna qarşı allergiyalarsa iyun-iyul aylarında üzə çıxır və s.
"Allergik xəstəliklər müalicə olunmur" fikri yanlışdır. Bu xəstəliklər daimi nəzarət və müalicə tələb edir. Nəzarətdə saxlanılanda allergiya insanları narahat etmir. Bu müalicə isə daimi olmur. Yay ayında bitkilərin tozuna qarşı allergiyası olan şəxslərin bir-iki ay müalicə alması xəstəliyi nəzarətdə saxlamağa imkan verir".
Həkim-allerqoloq Şahvələd Məmmədov isə qeyd edib ki, allergik xəstələr ildə iki dəfə olmaqla, yaz və payız fəsillərində müalicə olunmalıdırlar: "Allergiya irsi xəstəlikdir. Ana və atada bu xəstəlik varsa, övladlarda da özünü büruzə verə bilir. Düzgün müalicə olunmadığı halda asmaya çevrilir. İnsan dərmanlardan allergik şok vəziyyətinə də düşə bilər. Quş tükündən olan yastıqlarda allergin gənələri var. Allergiyalı insanlar həyat, yataq və ev şəraitini tənzimləməlidir. Yataq otağında xalça, yaxud gül-çiçək olmamalıdır".
Nərmin Murad