"Uşaqların yatdıqları otaqda yumşaq oyuncaqlar olmamalıdır” - SN
    • 26-04-2023, 15:26
    • 430

"Uşaqların yatdıqları otaqda yumşaq oyuncaqlar olmamalıdır” - SN

Bir yaşa qədər uşaqlara ana südündən başqa süd verilməsi tövsiyə edilmir.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib. Həkim allergik uşaqların ev şəraitində müalicə və qida rasionundan danışarkən bildirib ki, valideynlər uşaqların mühitinə diqqət etməlidirlər:

“Allergik uşaqların yataqları sintifonla əvəzlənməlidir. Ev heyvanları və onların qidalarına qarşı da uşaqların allergik reaksiyası ola bilər. Tənəffüs yolları ilə bağlı şikayətləri olan uşaqlarda rütubətli havaya qarşı allergik reaksiyalar ola bilər. Uşaqların yatdıqları otaqda yumşaq oyuncaqlar olmamalıdır”.

“Bir yaşa qədər uşaqlara ana südündən başqa süd verilməsi tövsiyə edilmir. Uşaq allergikdirsə, hansı qidaya qarşısa uşaqda reaksiya yaranarsa, o qida rasiondan çıxarılmalıdır”, – deyə həkim qeyd edib.