-
- 10-04-2024, 21:05
- 3 493
Arvadını öldürüb, meyitini 200 parçaya BÖLDÜ - DƏHŞƏTLİ QƏTL
Böyük Britaniyada dəhşətli qətl hadisəsi baş verib.
News24.az "Unikal"a istinadən xəbər verir ki, məhkəmə arvadını qəddarlıqla öldürən 28 yaşlı Linkolnşir sakinini ömürlük həbs edib.
Belə ki, kişi 26 yaşlı Holli Bramlini qətlə yetirib, daha sonra o qadınının meyitini 200 parçaya bölüb. Hadisədən günlər sonra kişi arvadının qalıqlarından qurtulmaq qərarına gəlib. Beləliklə, o, dostuna 50 funt sterlinq ödəyərək, qalıqları sakitcə evdən çıxarıb və çaya atıb.
Qadının qalıqları 2023-cü ilin martında Witham çayında aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanın 26 yaşlı Holli Bramli olduğunu müəyyən edib, sonra onun əri Nikolas Metsonu saxlayıblar. İstintaqın məlumatına görə, o, arvadını 200 hissəyə bölərək bir həftə mənzildə saxlayıb.
Bramlinin qohumlarının dediyinə görə, Metson həyat yoldaşının boşanma ərizəsi vermək istədiyini öyrəndikdən sonra ondan yaxa qurtarmaq qərarına gəlib. Prosesdə təqsirləndirilən şəxs törətdiyi cinayətin səbəblərini açıqlamayıb. Dindirilmələr zamanı kişi həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmasından şikayətlənib. Buna baxmayaraq, o, günahını etiraf edib.