Ziyarətgaha gedənlər qəzada həlak oldu
    • 11-04-2024, 08:41
    • 194

Ziyarətgaha gedənlər qəzada həlak oldu


Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.