Pakistanın İrana hücumunda 7 nəfər öldü
    • 18-01-2024, 10:00
    • 132

Pakistanın İrana hücumunda 7 nəfər öldü

İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub. Ölənlərin hamısı İran vətəndaşı deyil.

Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda "Marg Bar Sarmachar" əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.

Mehriban Mirzəzadə