Qayıq batdı: Ölənlər var
    • 11-04-2024, 10:30
    • 139

Qayıq batdı: Ölənlər var

Afrikadan Avropaya tez-tez istifadə edilən qeyri-qanuni miqrasiya yollarından biri olan Mərkəzi Aralıq dənizində miqrasiya axınları və qayıq qəzaları baş verməkdə davam edir.

News24.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliya Sahil Mühafizəsi Komandanlığı qrupları Aralıq dənizinin Malta axtarış-xilasetmə bölgəsində (SAR) batan qayığa cavab verib.

İtaliya Sahil Mühafizəsi 23 nəfəri xilas edib, biri uşaq olmaqla 8 nəfərin cəsədini qayıqdan çıxarıb.

Günel Məlikzadə