41 saniyədə 96 güllə - VİDEO - FOTO
    • 11-04-2024, 11:05
    • 298

41 saniyədə 96 güllə - VİDEO - FOTO

ABŞ-ın Çikaqo şəhərində 4 polis məmuru qaradərili Dekster Ridi təhlükəsizlik kəməri taxmadığı üçün saxlayıb və münaqişə nəticəsində ona 96 güllə ataraq öldürüb.

News24.az xəbər verir ki, dörd polis məmuru ağ rəngli SUV tipli avtomobili mühasirəyə alaraq 26 yaşlı Ridə “qapını aç” deyə qışqırıblar, bundan sonra onlarla silah səsləri eşidilib.

COPA-nın ilkin hesabatında Ridin silahından ilk atəş açdığı və daha sonra polisin cavab verdiyi bildirilsə də, ictimaiyyətə açıqlanan görüntülərdə bu aydın görünmürdü.

Xəstəxanaya aparılan Ridin öldüyü, bir polis əməkdaşının isə biləyindən yaralandığı bildirilib.

Polis münaqişələrini araşdırmaq səlahiyyətinə malik olan COPA təşkilatı, şübhəli qaradərili gəncə 41 saniyə ərzində 96 güllə atan polis məmurlarının istintaq tamamlanana qədər vəzifələrindən uzaqlaşdırılmasını istəyib.

ABŞ senatoru Dik Durbin X sosial media platformasında verdiyi açıqlamada, Dexter Riein vurulduğu anları göstərən videodakı şiddətin "şok edici" olduğunu bildirib.

Günel Məlikzadə