-
- 11-04-2024, 11:25
- 383
İş həyatınızda yüksəlmək üçün edə biləcəyiniz 3 şey
Karyera səyahətinizin ən başlanğıcında bacarıqlarınız və ya səriştələriniz işə qəbul olmaqda böyük rol oynayır. Lakin gələcəkdə bu keyfiyyətlər irəli çəkilmək üçün kifayət etməyə bilər. Buna görə də karyeranızın hər mərhələsində sizi irəli aparacaq şeyləri tapmalısınız.
News24.az xəbər verir ki, karyera nərdivanını sürətlə dırmaşmaq üçün edə biləcəyiniz şeylər bunlardır:
1- ÖZ TƏNQİDÇİNİZ OLUN
Son iş yerinizi və iş vərdişlərinizi düşünün. Öz güclü və zəif tərəflərinizi təhlil edin. Çünki bu, menecerinizlə aparacağınız söhbət üçün çox vacibdir.
2- MENEJERİNİZ İLƏ KEYFİYYƏTLİ SÖHBƏT EDİN
Karyeranızın hər mərhələsində fürsətləri qiymətləndirməyə açıq olun, məsuliyyəti üzərinizə götürməkdən qaçmayın. Bu səbəbdən edə biləcəyinizi düşündüyünüz iş barədə menecerinizə siqnal verin. Menecerinizə bildirin ki, indiki mövqenizi və gələcəyinizi müqayisə edərək vacib şeyləri öyrənmək istəyirsiniz.
3- YENİ SAHƏLƏR ÖYRƏNİN
Hazırkı işinizdə əldə edə biləcəyiniz fürsətləri qaçırmayın. Menecerinizə yeni öhdəliklər götürmək istədiyinizi bildirin. Çünki yeni vəzifələrdə bacarıqlar əldə edərkən; Aldığınız rəylərə də diqqət yetirin.
Əgər işlədiyiniz yerdə texniki səriştələr vacibdirsə, siz bu mövzularda təlim ala və ya kurslarda iştirak edə bilərsiniz.
Unutmayın ki, karyera səyahəti ömürlük bir prosesdir. Özünüzü təkmilləşdirməyə nə qədər açıq olsanız, bu prosesdə bir o qədər uğurlu olacaqsınız.
Günel Məlikzadə