-
- 8-04-2024, 19:15
- 431
Qadınların sevgi tapmasına mane olan 3 səhv
Ola bilər ki, siz sevgi tapmaqda çətinlik çəkirsiniz və indi münasibət qurmaq istəyirsiniz. Ancaq doğru insanı tapmaq və aşiq olmaq üçün bəzi şeyləri bilməlisiz.
News24.az qadınların sevgi tapmasına mane olan səhvləri təqdim edir:
1- MÜNASİBƏT ÜÇÜN KİFAYƏT QƏDƏR VAXT XƏRCLƏMƏMƏK
Yeni bir əlaqəyə başlamaq üçün ilk addım flört etməkdir. Ancaq buna vaxt ayırmazsanız, yəqin ki, heç kimlə görüşməyəcəksiniz. Çünki münasibətlər vaxt və fədakarlıq tələb edir.
2- TƏKLİK QORXUSU İLƏ FLÖRT ETMƏK
Tək qalmaq qorxusundan insanlarla görüşmək və flört etmək işlərin istədiyiniz kimi getməsinə mane ola bilər. Bunun əvəzinə yeni şeylər sınamaq və yeni insanlarla tanış olmaq üçün özünüzə vaxt ayırın. Beləliklə, təklik artıq şikayət etdiyiniz bir vəziyyət olmayacaq.
3- BAĞLANMAQDAN QORXMAQ
Subay olduğunuz zaman, sizin üçün ən uyğun olanda zövq aldığınız şeyi etmək azadlığınız var. Tanışlıq zamanı və ya yeni münasibət qurarkən bu şeylərdən imtina etmək sizi qorxuda bilər. Ancaq bir münasibətdə olmaq istəyirsinizsə, emosional riskə getməlisiniz.
Hər zaman tək qalmaqdan narahat olmayın və bu barədə düşünməyin. Unutmayın ki, vacib olan daha az stressli həyat yaşamaqdır.
Günel Məlikzadə