-
- 11-04-2024, 12:35
- 336
Küçə ortasında qətl
İstanbulda cipdən açılan atəş nəticəsində 1 nəfər ölüb.
News24.az xəbər verir ki, hadisə ötən həftə bazar ertəsi saat 21:00 radələrində Şişlinin Kuştəpə məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, Rıdvan Özyer axşam saatlarında qəhvəxanaya gələrək orada vaxt keçirməyə başlayıb.
Bir müddət sonra Özyer qapıya tərəf getdi və səkidə dayanarkən bir cipdən atəş açıldı.
Güllə yağışına məruz qalan gənc bədəninin müxtəlif nahiyələrindən güllə yarası alıb və ağır yaralanıb.
Hücum təhlükəsizlik kamerası tərəfindən lentə alınarkən, qəhvəxananın içindəki insanlar təşviş içində bayıra qaçıblar.
Hücumdan sonra hadisə yerinə həkim və polis briqadası göndərilib. Dərhal əməliyyata alınan gənci xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başlatan polis qrupları, hadisə şahidlərinin ifadələrini alıb və ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdırıb.
Hadisə ilə bağlı istintaqın davam etdiyi öyrənilib.
Günel Məlikzadə