İranın hərbi gəmiləri burada aşkarlandı
    • 11-04-2024, 18:36
    • 130

İranın hərbi gəmiləri burada aşkarlandı

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH, ordunun elit qüvvəsi) məxsus iki döyüş gəmisi İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailin hücumundan sonra bölgədə gərginliyin artması fonunda Fars körfəzi və Qırmızı dənizdə görüntülənib. 

News24.az xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, kəşfiyyat xidmətləri Fars körfəzi və Qırmızı dənizdə SEPAH-ın iki gəmisini izləyir. Kanalın həmsöhbətlərinin sözlərinə görə, bu gəmilərdən qanadlı raketlər və pilotsuz uçuş aparatları atmaq mümkündür. 

Mehriban Mirzəzadə