İran mübahisəli adalarda hərbi təlimlərə başladı
    • 2-08-2023, 14:19
    • 304

İran mübahisəli adalarda hərbi təlimlərə başladı

SEPAH hərbi dəniz qüvvələri Fars körfəzində, Birləşmiş Ərəb Əmirliklərinin mülkiyyət hüququ mübahisə etdiyi Əbu Musa adası bölgəsində hərbi təlimlərə başlayıb. 

News24.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH komandiri general Hüseyn Səlami və digər yüksək rütbəli hərbçilər hərbi təlimlər üçün Əbu Musa adasına gediblər. Agentlik yazıb ki, “onların məqsədi “silahlı qüvvələrin nüfuzunu və döyüş hazırlığını nümayiş etdirmək, Fars körfəzi və İran adalarında təhlükəsizliyi təmin etməkdir”. Hərbçilər Böyük Türbə adasına da gəliblər. Təlimlərdə aerokosmik qüvvələrin dəstəyi ilə İran qüvvələrinin müxtəlif bölmələri iştirak edir. 600 kilometr mənzilə malik raketlərlə silahlanmış yeni gəmilər də suya buraxılıb”.

“Tasnim” agentliyi “Fəth” ballistik raketlərinin və 120 və 300 kilometr mənzilli “Kadir” qanadlı raketlərinin Əbu Musa da daxil olmaqla bəzi adalarda yerləşdirildiyini bildirib. Agentliyin məlumatına görə, təlimlərdə məsafədən idarə olunan gəmilər və pilotsuz uçuş aparatlarından da istifadə olunub.

Böyük Türbə, Kiçik Türbə və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli hissəsində yerləşir. Ada Birləşmiş Ərəb Əmirlikləri və İranın mübahisə etdiyi ərazidir.

Akqabay