Almaniya Tehrana uçuşları dayandırdı
    • 11-04-2024, 18:58
    • 104

Almaniya Tehrana uçuşları dayandırdı

Almaniyanın milli aviaşirkəti Lufthansa İranın İsrailə qarşı gözlənilən cavab hücumu səbəbindən Tehrana və Tehrandan planlaşdırılan uçuşları dayandırıb.

News24.az xəbər verir ki, bu barədə Almaniyanın Lufthansa aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Almaniyanın Lufthansa aviaşirkəti Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar İranın paytaxtı Tehrana və Tehrana uçuşları dayandırıb.

 "Biz Yaxın Şərqdəki vəziyyəti daim izləyirik və hakimiyyət orqanları ilə sıx əlaqə saxlayırıq. Qonaqlarımızın və ekipaj üzvlərinin təhlükəsizliyi Lufthansa-nın əsas prioritetidir", -  deyə aviaşirkətin sözçüsü bildirib. Mətbuat katibi vəziyyətin yenidən qiymətləndiriləcəyini bildirib.

Mehriban Mizəzadə